Türkiyədə koronavirusa qarşı vaksinasiya başladı

Yanvarın 14-dən etibarən Türkiyədəki bütün səhiyyə işçilərinin COVİD-19 infeksiyasına qarşı peyvəndlənməsinə başlanılır.  Əhali  peyvəndlənmənin gedişatını veb səhifədən canlı olaraq izləyə biləcək.

 

Türkiyə vaksinləri Çindən alıb. Azərbaycanda da eyni vaksinlərdən istifadə ediləcəyi bildirilir.

Yanvarın 13-də Ankara Şəhər Xəstəxanasında səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda peyvənd olunub. O, COVİD-19 virusuna yoluxmayan hər kəsin mütləq peyvənd edilməli olduğunu vurğulayıb.