Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün büstləri Şuşaya qaytarıldı

Dövlət başçısı İlham Əliyev Şuşaya gedib və Gövhər Ağa məscidini ziyarət edib. Sonra o, xanımı və qızı ilə birlikdə üç görkəmli şuşalı – bəstəkar Üzeyir Hacıbəyli, müğənni Bülbülün və şairə Natəvanın bürünc büstlərini açıb.

 

1992-ci ildə şəhər erməni qoşunları tərəfindən işğal edildikdən sonra həmin büstlərə ziyan dəyib və metal qırıntısı kimi satış məqsədilə işğalçılar tərəfindən Gürcüstana aparılıb. Azərbaycan hakimiyyəti bu abidələri xilas edərək ölkəyə qaytara bilib. Bütün bu illər ərzində büstlər Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb.

Sonra İlham əliyev Azərbaycan bayrağını şəhərin mərkəzində qaldırıb, Şuşada yerləşən Azərbaycan ordusunun hərbi qulluqçuları qarşısında çıxış edib.

 

Xatırladaq ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 1992-ci ilin mayında Birinci Qarabağ Müharibəsi zamanı ermənilər tərəfindən işğal edilmişdi. 28 il sonra – 7-8 noyabr 2020-ci il tarixində İkinci Qarabağ Müharibəsi zamanı şəhər Azərbaycan ordusu tərəfindən azad edilib.

 

 Prezident: Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”