Kraliça II Yelizaveta və həyat yoldaşına koronavirus peyvəndi vurulub

 

BBC-nin verdiyi xəbərə görə, Böyük Britaniya Kraliçası 94 yaşlı II Yelizaveta və əri, 99 yaşlı Edinburq Filipə koronavirus əleyhinə vaksin vurulub.

 

Hazırda İngiltərədə təxminən 1,5 milyon insan peyvəndlənib, prioritet qrupa 80 yaşdan yuxarı insanlar daxildir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin Britaniya şöbəsi ölkədəki epidemiya vəziyyətinin sürətlə pisləşməsi səbəbindən tibb və sosial işçilərin dərhal peyvəndinə başlanıb.

 

Milli Səhiyyə Xidməti mutasiyaya uğramış koronavirusun sürətlə yayılması səbəbiylə xəstəxanalardakı yükün əhəmiyyətli dərəcədə artdığını və bəzi bölgələrdə səhiyyə sistemini iflic etdiyini bildirib.

 

Baş nazir Boris Johnson, şənbə günü Tvitterdə verdiyi açıqlamada, İngiltərənin səhiyyə sisteminin xəstəxanalara qarşı görülməmiş bir pandemiya təzyiqi ilə qarşılaşdığını və xəstəliyin “qorxunc dərəcədə” artdığını bildirib.

 

Basta