ABŞ hərbi pilotların hazırlanmasında Azərbaycana kömək edəcək

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüşdə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

News.am saytının yazdığına görə, ABŞ-ın hərbi pilot hazırlanması sahəsində Azərbaycana dəstək verməsi Ermənistanda “çoxsaylı suallar” doğurub.

Basta