Rusiya bu qədər benzindaşıyan maşınları hara aparır?
Rusiya bu qədər benzindaşıyan maşınları hara aparır? Bəlkə İrandan Suriyaya benzin daşınır və bu maşınlar orada istifadə olunacaq?
.
Gördüyünüz video bu gün, yanvarın 17-də Xudat dəmiryol stansiyasında çəkilib. Çəkilişin müəllifi Cəmil Məmmədli eşalonda rus hərbçilərinin də olduğunu bildirir və ehtimal edir ki, bu benzindaşıyan maşınlar rusiyalı “sülhməramlılar” tərəfindən Qarabağa aparılır.
.
.
Amma cəmi 50 minə yaxın əhalisi olan Xankəndində bu qədər benzindaşıyana ehtiyac ola bilməz. Polisin çəkilişə icazə verməməsi və rəsmi qurumların bu tranzit haqda heç bir məlumat yaymaması bu daşınmanın hansısa məxfi əməliyyatın tərkib hissəsi olduğunu düşünmək üçün əsas yaradır. Belə görünür ki, Rusiya qanunsuz yanacaq daşınması ilə məşğuldur.
.
İndi iranda benzinin litri 10 qəpik, Azərbaycanda 1 manat, Suriyada isə 3 manat 40 qəpikdir (!). İstisna deyil ki, Rusiya İrandan Suriyaya benzin daşıyır və bu maşınlar orada istifadə olunmaq üçün İrana aparılır. ABŞ İrana sankasiyalar tətbiq etdiyi üçün bu ölkə öz yanacağını dünya bazarına çıxara bilmir. Həmiçin Suriyada yüz minlərlə insanın ölümünə bais olan Bəşər Əsəd rejimin Kreml tərəfindən dəstəkləndiyi, Rusiyanın öz maddi çıxarları naminə bu məsələdə ABŞ-ın embarqolarına məhəl qoymadığı şübhə doğurmur.
.
Basta
.