Navalnı Rusiyaya qayıtdı, hava limanında saxlanıldı – Canlı yayım

Almaniyadan Rusiyaya qayıtmış Aleksey Navalnı Moskvanın Şeremetyevo hava limanında pasport nəzarətindən keçən zaman saxlanılıb. Onun hansı əsasla saxlandığı barədə rəsmi məlumat verilmir, yanına vəkil buraxılmır.

 

***

 

Rusiyanın müxalifət lideri,  Korrupsiyaya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnıy bu gün, yanvarın 17-də Almaniyadan Moskvaya qayıdıb. Təyyarədə onu jurnalistlər və vəkilləri müşayiət edib.

 

Navalnının qayıdışı Rusiya hakimiyyətinin narahatlığına səbəb olub. Təyyarənin enməli olduğu Vnukovo hava limanı təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Burada Navalnını qarşılamağa gələn onlarla şəxs, o cümlədən tanınmış araşdırmaçı jurnalist Lyubov Sobol heç bir əsas olmadan saxlanılıb.

 

Vnukovo hava limanını bağlanılıb, təyyarə Şeremetyevo hava limanına yönləndirilib. Navalnının  Moskvaya çatan kimi həbs olunacağı barədə xəbərdarlıqlar, onu vətənə dönmək niyyətindən daşındırmayıb. O, Şeremetyevo hava limanında təyyarədən enib və ilk açıqlamasında Putin hakimiyyətini “oğru rejim” adlandırıb.

 

Qeyd edək ki,  ötən ilin avqust ayında  Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya oyulub.

 

 

Basta