ABŞ “Şimal axını 2” boru kəmərinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin saytında yer alan xəbərə görə, Amerika “Şimal Axını 2” ni qoyan “Fortune” gəmisinə və sahibinə – “KBT-Rus” şirkətinə qarşı sanksiyalar tətbiq etdi.

 

Siyahıda daha altı gəmi var, bunlardan ikisi Rusiya Federasiyası bayrağı altında üzən “Maxim Gorky” və “Sierra” neft tankerləridir.

 

Bundan əlavə, Krasnodar bölgəsində qeydiyyatdan keçmiş Rustanker LLC və İtaliya, İsveçrə, ABŞ, Venesuela, Malta və Böyük Britaniyadan olan 14 şirkət sanksiyaların altına düşdü.

 

Sanksiya siyahılararına İsveçrə, İtaliya və Venesuela vətəndaşları olan üç şəxs də daxil edilib.

 

ABŞ Maliyyə Nazirliyi “Maxim Gorky”, “Sierra” və “Rustanker” şirkətlərinin son vaxtlar Venesuela neftini nəql etdiklərini və bununla da ABŞ-ın Venesuela neft sektoruna tətbiq etdiyi sanksiyaları pozduğunu göstərir.

 

İsveçrənin “Zurich Insurance Group” şirkəti “RIA Novosti”-yə “Şimal axını 2” layihəsindən çıxdığını təsdiqləyib.

 

“Şimal axını 2”  Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz olan iki boru kəmərinin inşasını nəzərdə tuturdu.

 

Heybət Əmrah

 

Basta