Xankəndidə Bako Sahakyanın mühafizəçisinin cəsədi tapılıb

 

Dağlıq Qarabağda separatçı liderlərdən biri olmuş Bako Sahakyanın mühafizə xidmətinin əməkdaşı olmuş Artur Apresyanın meyiti tapılıb.

 

Dağlıq Qarabağ İstintaq Komitəsinin məlumatına görə, yanvarın 22-si səhər saat 5:00 radələrində Xankəndidə “Hyundai” markalı avtomobilin sürücü oturacağında başından aldığı güllə yarasından ölmüş 1985-ci il təvəllüdlü Artur Apresyanın meyiti aşkar edilib.

 

Məlumata görə, “onun sağ əlində tapança olub”. İlkin məlumatlara görə, hadisə ilə bağlı intihar maddəsi üzrə cinayət işi açılıb.