Məktəblər açıldı
Bu gün məktəbəhazırlıq qruplarında, icma əsaslı məktəbəqədər təhsil qruplarında və ibtidai təhsil səviyyəsi üzrə tədris ənənəvi qaydada qismən bərpa olunur.
Sanitar-gigiyenik tələblər nəzərə alınmaqla tədrisin bərpası Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə mümkün olub.
Bildirilir ki, ibtidai siniflər üzrə əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa ediləcək.
Azərtac xəbər agentliyi yazır ki, ibtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayacaq.
“Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək,” xəbərdə bildirilir.