Rusiya Azərbaycanla uçuşları bərpa edir
Rusiya fevralın 15-dən Azərbaycan və Ermənistanla hava əlaqəsini bərpa edir, RİA Novosti xəbər agentliyi bu ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Agentlik yazır ki, bu, Rusiya Baş naziri Mixail Mişustinin müvafiq sənədi imzalaması ilə mümkün olub.
“15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan Moskva – Bakı (həftədə iki uçuş) və Ermənistanla Moskva – İrəvan (həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib,” – açıqlamada deyilir.
Azərbaycan və Rusiya arasında arasında gediş-gəliş martın 18-i saat 00.00-dan etibarən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması səbəbilə müvəqqəti olaraq dayandırılıb.
BBC