Azərbaycanın azad etdiyi erməni diversantlar Rusiyaya təşəkkür edib

Fevralın 9-da gecə saatlarında Ermənistanla Azərbaycan arasında növbəti hərbi əsir mübadiləsi baş verib.

 

Ermənistan bir, Azərbaycan isə beş əsiri azadlığa buraxıb. Erməni diversantları Yerevana Rusiyanın hərbi təyyarəsi ilə çatdırılıb, onları Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradov müşayiət edib.

 

Ermənistan müdiasında yayımlanan videoda görünüür ki, onlar Rusiyaya təşəkkür edirlər.

 

Qeyd edək ki, bu, Ermənistanla Azərbaycan arasında üçüncü hərbi əsir mübadiləsidir. Ötən ay baş verən mübadilə də Azərbaycanın hərbi əsiri 5 erməni diversantı müabilində azad edilmişdi.

 

Müharibə başa çatdıqdan sonra Ermənistandan Azərbaycana göndərilmiş 62 nəfərlik diversiya qrupu həbs edilib. Onlara qarşı terorçuluq maddəsi ilə cinayət işi qaldırılıb.

 

Ötən gecə baş verən mübadiləyə Azərbaycan rəsmiləri münasibət bildirməyib.