Vilayət Eyvazov Ramiz Mehdiyevin qardaşı oğlunu vəzifədən uzaqlaşdırdı

Bir müddət öncə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.

 

Unikal.org-un məlumatına görə, vəzifəsindən azad olunan İ.Mehdiyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin qardaşı oğludur.

 

Qeyd edək ki, 2019-cu ildə Vilayət Eyvazov nazir təyin olunarkən, onu DİN-in kollektivinə həmin vaxt PA rəhbri olan Ramiz Mehdiyev təqdim edib.

 

Basta