Bakı təmsilçisinin Qarabağ separatçılarının lideri ilə ilk görüşü
12 fevralda Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun vasitəçiliyi ilə Bakının Dağlıq Qarabağdakı rəsmi nümayəndəsi ilə separatçıların lideri Arayik Arutyunyan arasında görüş keçirilib.
Arutyunyanın mətbuat katibi bu barədə rəsmi Bakının təmsilçisinin adını və iclasın konkret yerini göstərmədən məlumat verib. Eyni mənbədən verilən məlumata görə, iclasda separatçı rejimin Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan da iştirak edib.
Görüş zamanı əsirlərın azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı və digər humanitar məsələlər müzakirə edildi. Ermənistan tərəfi bildirir ki, 1990-cı illər müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələləri də müzakirə etdilib.
Rəsmi Bakı hələ belə bir görüşün keçirilməsini təsdiqləməyib.
Turan