Ermənistanda zəlzələ
Ermənistanda zəlzələ olub
Şənbə günü Yerevanda güclü zəlzələ baş verib. Bu barədə hadisə yerindən BBC News Azərbaycancanın müxbiri xəbər verir. 4,9 bal gücündə yeraltı təkanların episenti Yerevanda 11 kilometr aralıda yerləşib.
Ermənistan Fövqəladə Hallar Nazirliyi sakinləri bayırda qalmağa səsləyib.
Yerevanın Erebuni icmasında bir evə ziyan dəydi, bir vətəndaş yüngül xəsarət aldı. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
Atom elektrik stasiyasına zərər dəyməyib.
Yeraltı təkanlar Azərbaycanda da hiss olunub.
“Zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunmuşdur”, – Azərbaycan Seysmoloji Xidmət Mərkəzi bildirir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təkanlar Heydərabad stansiyasında qeydə alınmışdır.