Oteldə müəmmalı ölümlə bağlı yeni məlumatlar
İstanbulun “Sabah” qəzeti ötən gecə SOCAR dövlət neft şirkətinin top-meneceri Nihad Əliyevin ölümü ilə bağlı ilkin məlumatları dərc edib.
Polisin məlumatına görə, mərhum qonaqları ilə birlikdə (üç qadın, üç kişi) saat 23-də restorandan otelə gəlib və otağına çıxıb. Əliyevin qonaqlarının ifadələrinə əsasən, o, oteldə istirahət edərkən belindən tapançasını çıxarıb və zarafatla başına dayayıb. Qonaqları bunun təhlükəli olduğunu dedikdə Əliyev silahın dolu olmadığını bildirib, buna cavab olaraq qonaqları “şeytan doldurar” deyiblər. Əliyev tətiyi çəkib və atəş açılıb.
Atəş səsi eşidən otel işçiləri polis çağırıblar. Ağır yaralanan Əliyev xəstəxanaya aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
“Sabah”ın məlumatına görə, polis şahid ifadələri almağa davam edir və hələlik mətbuat üçün bəyanat verməyib.
SOCAR dövlət şirkəti hələlik hadisə ilə bağlı şərh vermir. Bəzi məlumatlara görə, 40 yaşlı Nihat Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin qohumudur. Bəzi məlumatlara görə, mərhum SOCAR Trading-də ikinci şəxs idi.
* Forbes-in məlumatına görə, Socar Trading əvvəlcə İsveçrədə Azərbaycan neftinin satışı üçün yaradılıb. Amma indi şirkət qlobal treyder kimi fəaliyyət göstərir, digər şirkətlərin neftini də satır. 2018-ci ildə Socar Trading-in qazancı 53,5 milyard dollar təşkil edib (daha yeni məlumat yoxdur).
Rusiyada şirkət “Rosneft” və “Surqutneftqaz”la əməkdaşlıq edir, bu şirkətlərin neftini Türkiyə, Xorvatiya, Bolqarıstan və ABŞ-a ixrac edir. Ana şirkət olan SOCAR 2019-cu ildə Sberbank-la birlikdə hazırda müflislik prosedurundan keçən Antipinski Neft Emalı Zavodunun sərmayəsinə daxil olub.
* * *
2021 Mart 27 (Şəmbə) 11:03:32
Sosial şəbəkədə SOCAR dövlət şirkətinin Satış üzrə meneceri Nihad Əliyevin öldürüldüyü yerdən video yayılıb.
Videoda hoteldəki otağında çılpaq şəkildə öldürülən şəxs və bir qız görünür.
Daha əvvəl mühacir jurnalist Həbib Muntazir bildirib ki, qətl hadisəsi martın 25-də İstanbulun Beşiktaş rayonunda yerləşən otellərdən birində baş verib.
Öncə “Report” agentliyinin məlumatına görə, o, hospitalda tapança ilə ehtiyatsız davrandığı üçün başından aldığı güllə yarasından ölüb.
Nihad Əliyev SOCAR-ın Prezidenti Rövnəq Abdullayevin dayısı oğlu və SOCAR Trading-in qurucularından biri olan Anar Əliyevin qardaşıdır.
Turan