Arif Hacılı: “Biz İlham Əliyevin indi durduğu yerdən xeyli irəlidə durmuşduq”

“İlham Əliyevin, bax durmuşam burda Laçın rayonunda, dediyi yer AXC-Müsavat hakimiyyəti dövründə bizim nəzarətimizdə idi. Əliyev hakimiyyətindən əvvəl oralara düşmən ayağı dəyməmişdi”.

 

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.

 

“Biz onun indi durduğu yerdən xeyli irəlidə durmuşduq. Həm də oraya ordumuz ərazini azad etdikdən 3 ay sonra şəkil çəkdirməyə, siyasi rəqiblərə laf atmağa getməmişdik.
Ordumuzla birlikdə, ön cəbhədə, mərmi yağışı altında ərazilərimizin keşiyində idik” – deyə, Müsavat başqanı vurğulayıb.

 

Basta