Azərbaycan 106 ölənin qalıqlarını erməni tərəfinə təhvil verdi
16 fevralda Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 nəfərin qalıqlarını Qarabağda erməni tərəfinə təhvil verib.
Bu barədə Qarabağ separatçılarının lideri Araik Harutyunyan çərşənbə axşamı axşam Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, əməliyyat Rusiya sülhməramlılarının vasitəçiliyi ilə həyata keçirilib.
Harutyunyan, tərəflərin müharibənin digər qurbanlarını, eləcə də 90-cı illərin əvvəllərindəki müharibə zamanı ölənlərin qalıqlarını tapıb bir-birlərinə təhfil verrmək üçün səyllərini davam etdirdiklərini yazıb.
Turan