GündəmManşet

Yasəmən Qaraqoyunlunun saxlanıldığı bildirilir

 

Tanınmış ictimai-siyasi fəal Yasəmən Qaraqoyunlunun saxlanıldığı barədə məlumat yayılıb.

Tacxeber.az-ın noyabrın 28-də yaydığı məlumata görə, Yasəmən Qaraqoyunlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bildirilir ki, onun sosial şəbəkə hesabındakı paylaşımlar da silinib.

Hələlik onun hansı qurum tərəfindən, harada və hansı səbəbdən saxlanıldığı barədə məlumat yoxdur.

Yasəmən Qaraqoyunlunun saxlanılması ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Məlumatın müstəqil mənbələrdən təsdiqi də mümkün olmayıb.

Onun feysbuk hesabında bir neçə gün əvvəl hakimiyyətin ünvanına sərt müraciət yayılmışdı.