GündəmManşet

İsa Qəmbərin xaricə rəsmi səfəri əngəlləndi

Müsavat başqanı İsa Qəmbərin xaricə səfər etməsinə imkan verilməyib. Bu haqda başqan özünün feysbuk səhifəsində məlumat yayıb. 

“Bu gün – 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram. Konfrans təşkilatçılarına və iştirakçılarına salamlar olsun!”  – deyə, İsa Qəmbər bildirib.