Dünya böyük dəyişikliklər astanasındadır

İlqar Atabəyli

 

Bu, Azərbaycan-Ermənistan müharibəsində Rusiya və Türkiyənin tutduğu mövqedən doğan bir yanaşmadır. Ötən ilin oktyabr ayının yazısıdır. Siyasi-analtik fikirlərim özünü doğruldur.

 

Dünyada yürüdülən qlobal siyasətin konturları çoxdan çızılmışdır. Sadəcə işədüşmə zamanı bu günkü reallıqları əhatə etdi. Böyük güc mərkəzlərinin strateji projesində müttəfiq və rəqibləri əhatə edəcək oyunun qaydaları sonadək hesablanmışdır.

 

Böyük siyasətin əsas hədəfləri bütün Şərqi əhatə edir. Bütün Şərq ölkələri yeni nizama girəcək. Bu proje artıq işə düşmüşdür. Proje qarşıdakı onillikləri əhatə edəcəkdir.

 

ABŞ və Avropa dövlətlərinin gələcəkdə təhlükə mənbəyi olaraq gördükləri ən böyük güc Çin Xalq Respublikasıdır. Çinin insan resursları və inkişaf edən iqtisadi potensialı bütün dünyaya təhlükə vəd edir. Avtoritar rejimlərin güc mərkəzinə çevrilməsi həmişə təhlükəlidir.

 

ÇXR-nın gələcək siyasətində Şərqi və bütövlükdə dünyanı öz hegemonluğu altına almaq reallığı dayanır. Bu planı reallığa çevirmək üçün böyük potensiala da malikdir.

 

Hələ 20-ci əsrin sonunda Çin dövlətinin yeritdiyi siyasətin qarşısını almaq üçün Qərbin analitik beyin mərkəzləri fəaliyyətə başlamışdır.

 

Sosialist sisteminin dağılması ÇXP-nı önə çıxardı. Böyük insan resurslarına malik avtoritar ölkə sürətlə idtisadi inkişaf yoluna çıxdı.

 

Regionda ÇXR-dan gələn təhdidlərin qarşısının alınmasına görə real güc mərkəzinə ehtiyac yaranmışdır.

 

Hələ sosializm sistemi dağıldığı zaman bu projenin reallaşması üçün ilkin olaraq Rusya Federasiyası nəzərdə tutulmuşdur. Böyük ərazilərə, hərbi potensiala malik Rusya Fedarasiyası Qərbin müttəfiqinə çevrilərək Çin dövlətini yerində otuzdura bilərdi. Lakin Rusya Qərblə müttəfiqlik yolu tutmadı. İqdisadiyyatını təbii sərvətlərdən aslı vəziyyətə salmaqda davam etdi. Ətrafındakı kiçik avtoritar ölkələri də arxasınca sürüdü. Bu proje özünü doğrultmadı.

 

Rusya Ukrayna ərazilərini istila etdikdən sonra özünü tamamilə oyundankənar vəziyyətə saldı. Qərbin nəzərdə tutduğu Rusya ilə müttəfiqlik amili ortadan qalxmış oldu.

 

Regionda yeni güc mərkəzinə ehtiyac yarandı. Güc mərkəzi kimi tarixin ilkin və orta dönəmlərində Çin dövlətni dəfələrlə uğurla yenmiş, yerində otuzdurmağı bacarmış Türk ölkələri nəzərdə tutuldu. Böyük insan resuslarına, ərazilərə, zəngin təbii sərvətlərə və ən əsası Qərblə real müttəfiq olmaq ehtimalı Türk dövlətlərini önə çıxardı.

 

Ən bariz nümunə Türkiyə Cümhuriyyəti idi. Qərbin uzunmüddətli strateji müttəfiqi və NATO-nun üzvü kimi bütün Türk dövlətlərini bir bayraq altına yığa bilərdi.

 

İlk növbədə Türkiyə Cümhuriyyəti regionda aktiv siyasi fəaliyyətə keçməli idi. Zatən Rusya və İran tərəfindən sıxışdırılmış Türkiyə bunu çoxdan gözləyirdi. Nəhayət gözlənilən an çatmışdır. Türkiyə bu vəzifəni çox uğurla bacardı.

 

Türkiyə, Pakistan və Azərbaycan başda olmaqla Şərq coğrafiyasındakı ölkələr siyasi, iqtisadi və hərbi baxımdan yaxınlaşma içərisindədir. Bəzi ölkələr hələlik gözləmə mövqeyindədir. Rusiya gələcəkdə Türkiyəyə qarşı tutacağı mövqeyin necə olacağını gözləyir. Rusiyanın günü-gündən zəiflədilməsi həmin ölkələri Türkiyənin yanında yer almağa doğru itələyəcək.

 

Türkiyə Cümhuriyyətinin başçılığı ilə qurulacaq geniş arenanın şərti adı Turan Birliyi kimi nəzərdə tutulmuşdur. Turan Birliyi arenasının sərhədləri Çinin sınırlarına qədər uzanacaq. Zatən bu bütün dünya Türklərinin çoxdankı arzusudur. Lakin adı Turan Birliyi olsa da, qeyri Türk ölkələrinin də arenada yer alacağı məlumunuz olmalıdır.

 

Turan Birliyinin siyasi, iqtisadi və hərbi cəhətdən inkişaf etdirilməsi nəzərdə tutulur. Çünki ÇXR-in qarşısındakı rəqib böyük iqtisadi və hərbi gücə malik olmalıdır.

 

Çin dövlətinin içərisində Doğu Türkistan projesi Rusya-İran probleminin həllindən sonrakı mərhələdə qaldırılacaq. Əgər Çin Doğu Türkistanın müstəqilliyini qəbul etməsə, böyük müharibə başlana bilər. Müharibə təxminən 20-30 il də sürəcək. Bu da Çin iqtisadiyyatını tamamilə dağıdacaq. Geriyə çəkilmək zorunda qalacaq.

 

Rusya və İranın zəiflədilməsi projesi artıq işə düşmüşdür. Ermənistan-Azərbaycan münaqişəsi sona yaxınlaşır. Böyük ehtimalla Türkiyədən Turan ölkələrinə qurudan yol açmaq üçün Naxçıvanı Azərbaycandan ayıran Meğri ərazisindən dəhliz yaradılacaq. İranın Azərbaycan sərhədlərinə ordu toplaması amili də bununla bağlıdır. İrana müttəfiqi Ermənistanla əlaqələrinin kəsilməsi yaxşı heç nə vəd etmir.

 

Yaxın zamanlarda Ukrayna və Gürcüstan da ərazilərini bərpa etmək üçün müharibəyə başlayacaq. Dünya böyük dəyişikliklər astanasındadır.

 

Basta