Ermənistan rəsmisi: “Rusiyanın “İskəndər” raketlərinin yararsız olduğunu müharibədən əvvəl bilmək lazım idi”
Hələ Dağlıq Qarabağdakı hərbi əməliyyatlardan əvvəl üçüncü prezident Serj Sarkisyan və ordunun döyüş qabiliyyətinə görə məsul olanlar əldə etdikləri “İskəndər” raketlərinin yararsız olduğunu bilməli idi.
Ermənistan mətbuatının məlumatına gorə, bunu “Mənim Adımım” blokundan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib.
Bu mövzu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ittihamından sonra gündəmə gəlib.
Ötən həftə ArmNews televiziya kanalına müsahibəsində Serj Sarkisyan demişdi ki, müharibənin 3-cü-4-cü günü Ermənistanın “İskənder” raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır.
Baş nazir Nikol Paşinyan “1in.am” portalına müsahibəsində deyib ki, bu sualın cavabını Sarkisyan özü yaxşı bilir: “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş [Searj Sarkisyan nəzərdə tutulur] gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə “İskander”-dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb?”.
Jurnalistin “Belə də olur?” – dəqiqlaşdirici sualına, Paşinyan belə cavab verib: “Bilmirəm, bəlkə də 80-ci illərin silahıdır, ona gorə”.
İkinci Qarabağ Müharibəsinin son gecəsində – 2020-ci il noyabrın 10-da Bakı yaxınlığına raketin düşməsi barədə məlumatlar yayılsa da, Azərbaycanda hakimiyyət bu məsələ barədə indiyə qədər şərh verməyib. Bəzi məlumatlarda, Ermənistanın Bakı yaxınlığına “İskander” raketi atdığı və Azərbaycanın havadan müdafiə sistemlərinin onun qarşısını aldığı deyilirdi.
Ermənistan Baş naziri ilk dəfədir ki, bu barədə danışıb və raketin atıldığını etiraf etsə də, onun tam olaraq partlamadığını blidirib.
Ermənistanda Rusiyameylli media və siyasətçilər Paşinyanın bu sözlərini tənqid edib və Rusiya istehsalı olan “İskəndər” raketlərinin yararsız olmasına işarə vurmasını Ermənistan-Rusiya münasibətləri üçün faydalı olmadığını bildirib.
Rusiyanın bir neçə deputatı Paşinyanı dilletantlıqda və Rusiya silahını gözdən salmaqda ittiham edib.
İlk dəfə Qarabağ müharibəsi zamanı “İskander” kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışıb.
O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri “İskander”- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə öz son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.
Lakin bu günədək Ermənistanın siyasi və hərbi rəhbərliyi bu raket kompleksindən istifadə edildiyi haqqında məlumatları heç vaxt təsdiqləməmişdi.
Qeyd edək ki, Rusiyanın “İskəndər” raket komplekslərini indiyədək Ermənistandan başqa yalnız Əlcəzair satın alıb.
Basta