Vətən müharibəsində ağır yaralanan əsgər beş ay sonra şəhid olub

 

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu beş ay sonra hospitalda vəfat edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

Şəhid əsgər martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, Zamin Balakişiyev “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Oxu.az