Qarabağlı zabitlər “qiyamçı” generalın müdafiəsinə qalxdı
Qarabağdakı zabitlər Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək olaraq açıqlama veriblər.
Yerli “Aravot” qəzeti xəbər verir ki, separatçı ordunun 120-dən çox zabiti Qasparyana dəstək bəyanatını imzalayıb.
“Biz, aşağıda imzası olan hərbçilər – ikinci Qarabağ müharibəsinin iştirakçıları, mövcud qeyri-sabit vəziyyətə əsaslanaraq siyasi məsələlərdə bitərəfliyi qoruyaraq, general-polkovnik Onik Gasparyanın Baş Qərargah rəisi olaraq vətənə xidmətini davam etdirməsini xahiş edirik” – deyə, müraciətdə qeyd olunub.
Bundan əvvəl baş nazir Nikol Paşinyan Baş Qərargah rəisini dövlət çevrilişi cəhdində ittiham edərək, onun vəzifədən kənarlaşdırılması üçün prezidentə tədimat göndərib. Lakin prezident təqdimatı təsdiqləməyib. Ermənistan qanunlarına görə, təqdimat imzalanmasa belə martın 9-da Qasparyanın səlahiyyət müddəti başa çatacaq.
Qeyd edək ki, Ermənistanda Paşinyan ilə ordu arasında qarşıdurma baş nazirin Rusiyanın “İskəndər” raketlərinin yarasız olması barədə açıqlamasından sonra yaranıb.
Basta