Müsavat başqanı son döyüş əməliyyatlarına münasibət bildirdi

Müsavat Partiyasının başqanı Arif Hacılı cəbhə xəttində yaranan gərginliyə münasibət bildirib.

“Son döyüş əməliyyatlarının hərbi vəziyyəti necə dəyişdirdiyi hələlik tam məlum deyil. Amma, cəmiyyətin baş verənlərə münasibəti bəzi nəticələrə gəlmək üçün əsas verir” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsind yazıb.

.

Müsavat başqanı qeyd edib ki, gənclərimizin döyüş əməliyyatları zamanı Tovuzun Ağdam kəndinə toplaşması, Bakının bəzi rayonlarında keçirilən aksiyalar, sosial şəbəkələrdə siyasi və ictimai fəalların baş verənlərə reaksiyaları, təhlilləri göstərdi ki, Azərbaycan cəmiyyəti ərazilərimizin işğaldan azad edilməsi uğrunda sonadək mübarizə aparmağa hazırdır: “Ərazilərimizin bu illər ərzində işğal altında qalması bəzən iddia edildiyi ki, xalqın vətən uğrunda fədakar mübarizəyə hazır olmaması ilə yox, hakimiyyətin fərsətsizliyi ilə bağlıdır”.

.

“Düzgün siyasət yeritməklə qısa müddətdə ölkənin bütün resurslarını səfərbər etmək, cəmiyyəti “Qarabağa azadlıq” şüarı altında birləşdirmək və nəticəyə nail olmaq mümkündür. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyirəm” – deyə, Arif Hacılı yazıb.

Basta.