Vəkillər Kollegiyası prokurorun Nemət Kərimli ilə bağlı müraciətini rədd etdi

Vəkilə xəbərdarlıq elan olunub

.

İyulun 13-də Vakillər Kollegiyasınin Rəyasət Heyəti Bakı şəhər prokuroru İlqar Abbasovun vəkil Nemət Kərimlinin barəsində inzibati tədbir görülməsi ilə bağlı müraciətinə baxıb. Kollegiya prokurorluğun şikayətini rədd edib, eyni zamanda vəkilə xəbərdarlıq elan olunub.

.

Nemət Kərimli “prokurorluqda gedən müvafiq araşdırmanın nəticəsini gözləmədən” Müsavat Partiyaının və Milli Şuranın üzvü Tofiq Yaqubluya işgəncə verilməsi haqda xəbər yaydığına görə qanunu pozmaqda ittiham olunurdu.

Qeyd edək, Nemət Kərimli bir sıra tanınmış siyasi məhbusların vəkili olub. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2018-ci ilin aprelində Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul etmişdi.

.

Basta