Məmmədyarov sərhəddəki vəziyyətlə bağlı Lavrova məlumat verib
Bu gün Azərbaycan və RF XİN rəhbərləri Elmar Məmmədyarov ilə Serqey Lavrovun telefon danışığı olub.
E.Məmmədyarov iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəddinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə rusiyalı həmkarına məlumat verib. Bu barədə Azərbaycan XİN mətbuat xidməti bildirib.
O qeyd edib ki, Ermənistanın bu təxribatı bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə yönəlib.
Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu vurğulayan nazir deyib ki, bu kimi təxribatların bundan sonra da layiqincə cavabı veriləcək.
Telefon söhbəti zamanı qeyd olu nub ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT məşğul olur və münaqişənin hər iki tərəfi bu təşkilatın tamhüquqlu üzvüdür.
S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.