Azərbaycanda saxlanılan erməni qadın BURAXILDI

Azərbaycanın Qarabağ bölgəsində saxlanılan erməni mənşəli Livan vətəndaşı Maral Nacaryan azadlığa buraxılıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, noyabr ayında işğaldan azad edilmiş ərazilərimizdə saxlanılan erməni qadın artıq Livanın paytaxtı Beyrut şəhərindəki evindədir.

Bəzi məlumatlara görə, Maral Nacaryan Dağlıq Qarabağa döyüşlərdə iştirak etməyə gəlibmiş. Onun həyat yoldaşının da Qarabağa gəldiyinə dair xəbərlər var.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko erməni qadının azad olunması üçün Azərbaycan tərəfinə müraciət etmişdi.