Müsavatçının oğluna təzyiq edilir
“Bu gün bir neçə polis əməkdaşı oğlum Əşrəfin iş yerinə gedib, müdriyətlə görüşüb, onun kimliyi barədə maraqlanıb”.
Bunu Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Arzulla Buludlu martın 10-da özünün feysbuk səhifəsində yazıb.
“Dünən, Cəlilabad polisi də məni axtarırmış. Məni sındırmaq üçün oğluma qarşı iyrənc metodlara əl atmayın, onu işdən qovdura bilərsiniz, şərləyib həbs də edə bilərsiz, amma, məni sındıra bilməzsiz” – deyə, Müsavat funksioneri vurğulayıb.
“Bu hakimiyyət hər gün əməlləri ilə milli dəyərlərə tüpürür. Rəqib də olsa, düşmən də olsa, onu sradan çıxarmaq məqsədi ilə tədbiq etdiyin metotları necə mənliyə, kişiliyə sığışdırırsız” – deyə, Arzulla Buludlu etirazını ifadə edib.
Basta