840 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda gün ərzində koronavirusa 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər sağalıb, 9 nəfər isə vəfat edib. Bu barədə martın 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Ölkədə xəstəliyə yoluxanların ümumi sayı 242 491 nəfər təşkil edib, onların 231 638 nəfəri sağalıb, 3 307 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 546 nəfər təşkil edir.

 

Gün ərzində Azərbaycanda 10023 test aparılıb.