Ermənistanda hərbi vəziyyət ləğv olundu
Çərşənbə günü Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin ləğv olunması barədə qərar qərar qəbul edib. Müxalifət fraksiyalarının təqdim etdiyi bu qərar layihəsinin lehinə 118 deputat səs verib, 1 nəfər “əleyhinə” olub, 1 nəfər bitərəf qalıb.
Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət ötən il sentyabrın 27-də Azərbaycanla 44 günlük müharibənin başladığı gün tətbiq edilmişdi. Ölkədə hərbi vəziyyət olduğu dövrdə də Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə aksiyalar dağıdılmayıb.
Hərbi vəziyyətin ləğvi Ermənistanda iyunun 20-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri ilə əlaqələndirilir.
Basta