ABŞ Dövlət Katibi Blinken: “Türkiyə güclü və dəyərli müttəfiqdir”
NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçən toplantısı çərçivəsində Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu NATO-nun mənzil-qərargahında ABŞ-ın Dövlət Katibi Anthony Blinken ilə görüşüb.
Blinken vəzifəsini tutdduqdan sonra bu, ABŞ və Türkiyə xarici siyasət idarələri başçıları arasında keçirilən ilk görüşdür.
NATO-nun Brüssel toplantısında ABŞ Dövlət Katibi Blinken “Türkiyənin güclü və dəyərli müttəfiq” olduğunu bəyan edib.
NATO Baş Katibi Yens Stoltenberg ilə görüşü zamanı ABŞ Dövlət Katibi Türkiyənin “güclü və dəyərli müttəfiq olduğunu, Türkiyənin NATO-ya üzvlüyünün Alyans və Ankaranın maraqlarına uyğun olaraq qorunduğunu” vurğulayıb.
BBC