Jurnalist vaksinasiya prosesində rastlaşdığı biabırçılıqdan yazdı

Nailə Balayeva

Bu gün yoldaşımla bərabər həm cəmiyyət, həm də özümüz qarşısında borcu vermək üçün vaksinasiya olunmaq qərarına gəldik. Operativ qərargahın qoyduğu təlimata uyğun olaraq qeydiyyatdan keçdik və 10.00-11.00 arası sistemdə yer aldıq.

 

Amma poliklinikanın qarşısına gələndə artıq heç də hər şeyin rahat olmayacağı bilindi. Poliklinikanın istər içi , istərsə də peyvənd otağının qarşısı adamla dolu idi. İçəri keçib qapıda duran xanıma məramımızı bildirəndə birimizə 48, digərimizə isə növbədə 49-cu olmağımızla bağlı əzik bir kağız parçası təqdim etdi. Əziklik dərəcəsindən bilinirdi ki, bu kağız parçaları artıq bir neçə gündür ki, dövriyyədədir.

 

Bəs bizi sistemdən yoxlamadız sualına cavabında isə qapıda duran xanım bildirdi ki, sən demə sistem filan boş şeydir. Hərəyə bir əzik kağız parçası verib canlı növbəyə düzürlər. Hətta sistemdə qeydiyyatdan keçməsəz belə 16 saylı poliklinikada Sizi peyvənd edəcəklər. Yaxşı bəs necə bilirsiz ki, adamın yaşı peyvəndə düşür ya yox sualına cavabında isə qapıda duran xanım dedi ki, “nədir deyirsiz adamın üzünə baxanda yaşını təyin edə bilməyəcəm?”.

 

Lənət şeytana deyib 1 saat növbədə dayandıq. Ən əsas biabırçılıq isə sən demə qabaqda imiş.Vaksin dozlarını vətəndaşların yanında şprisə doldurmaq əvəzinə 16 saylı poliklinikanın peyvənd otağının tibb bacısı Qaralova Lyudmila adlı birisi qıraqda doldurulmuş hazır şprislə otağa daxil olaraq peyvənd vurdu. Daha sonra bunun səbəbini soruşanda isə üzümə durdu ki bəs yalandır, yanınızda açmışam. Bir sözlə vaksin, ya adi su vurulduğunu, bu zaman yeni açılmış və ya ikinci əl şprisdən istifadə olunmasına da əmin deyiləm. Əgər vaksin dozası yanımda açılmayıbsa həmin dozun necə və hansı məqsədlə işlədiləcəyi də şübhə yaradır.

 

Məsələdən poliklinikanın baş həkimi Sara Cabbarlıya şikayət etdim. Onun cavabı isə belə oldu. Sizə vaksin vurulub, əməkdaşımızla isə özüm bilərəm nə edərəm.

 

BU arada sistemdə növbə götürmə imkanı saat 18.00-a kimi göstərilsə də 16 saylı poliklinikada peyvənd otağı yalnız 10.00-14.00 arası çalışır. Saat 17.00-da gələn xəstələrə isə səhərisi gün gəlmək tövsiyyə olunur.

 

Bir sözlə peyvənd vurma məcaramız sözün əsil mənasında biabırçı bir məyusluqla bitdi.

 

Yazı jurnalist Nailə Balayevanın feysbuk səhifəsindən götürülüb.