Osman Kazımov Araikin “pambıq əlcəyi” və Əliyevin “dəmir yumuruğundan” yazdı
Müsavat başqanının müavini Osman Kazımov ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi başa çatdıədan sonra Azərbsycan hakimiyyətinin uğursuz siyasəti və diplomatik sahədə üzləşdiyi uğursuzluqlardan bəhs edən məqalə yazıb.
Osman Kazımovun özünün feysbuk hesabında paylaşdığı yazını təqdim edirik:
“Araiikin pambıq əlcəyi və İlham Əliyevin dəmir yumruğu.
10 noyabr 2020-ci ildən sonra baş verənlər.
Arayik yeni hökumət formalaşdırdı. Xocalı qatilini təhlükəsizluk müşaviri təyin etdi, ordu quruculugunu ona həvalə etdi.
Xocalını qaytarmaqdan imtina etdi
Xocavənddə görüşlər keçirdi.
Müharibə dövründə Ermənistana qaçmış erməniləri Qarabaga qaytardı.
Xocalıda yeni erməni qəsəbəsi tikdirir.
Kəlbəcərin yolunu bagladı.
Laçın koridoruna tam nəzarət edir
Ermənistan nazirlərini Azərbaycanı vecinə almadan qəbul edir.
Azərbaycan ordusu ilə üz üzə duran erməni əsgərlırini müntəzəm ziyarət edir. Azərbaycan ordusu ilə döyüşən muzdlu terror təşkilatı üzvləri ilə görüşüb mükafatlandırır.
Ağdərədəki erməni ordusu ilə görüşüb onlara təşəkkür edir.
Separatçı rejimin ildönümünü qeyd edir, küçə yürüşü təşkil edir.
İstədiyi vaxt Laçın koridorundan keçib Ermənistana gedir.
Rus dilini rəsmi dil elan etməklə Azərbaycan konstitusiyasına tüpürür.
İlham Əliyev Şuşada tonqal yandırır.
4 ay keçməsinə baxmayaraq nə Kəlbəcərə nə də laçına gedə bilməyib. ARAİK QOYMUR.
Heç bir azad olunmuş əraziyə köçkünləri qaytarmayıb.
Şuşaya dövlət strukturlarını yerləşdirməyib əhalinin qayldışını təmin etməyib.
Qarabağdakı ermənilərin silahlandırılmasının, ordu yaradılmasının qarşısını ala bilməyib və bilmir.
Hərbi cinayətə görə güya axtarışa verilmiş Araikin yanına elçi göndərib.
Rusiya sülhməramlılarının qanunsuz və mandatdan kənar fəaliyyətini durdura bilmir.
Qatil snayperi qarşılıqsız ermənilərə qaytardı.
Erməniləri qazla təhciz etməyi üzərinə götürdü.
Ermənilərin etiraf etmələrinə baxmayaraq mətbuat konfransı keçirərək ərazimizə İsgəndər raketi atılmadığını bəyan etdi. Mətbuat konfransı Putinin əmri ilə məhz bu məqsədə çağırılmışdı.
Araikin sərbəst hərəkətindən fərqli olaraq, Şuşaya da maşın karvanı ilə seçilmədən gedir.
Bu da 10 noyabrdan sonra baş verənlər. Pambıq əlcək və dəmir yumuruq”.
Basta