Vəkillər Kollegiyası məhkəməyə verildi

Hüquqşünas Əlaif Həsənov Azərbaycan Vəkillər Kollegiyasını məhkəməyə verərək və onun bu quruma üzvlüyünün bərpasını tələb edir.

 

Aprelin 6-da Şəki İnzibati Məhkəməsində iddia üzrə dinləmələr keçirilib.

 

Əlayif Həsənov bildirib ki, məhkəmə qərarın qəbulunu təxirə salıb və növbəti iclası aprelin 16-na təyin edib.

 

O, altı il bundan öncə məhkəmənin qərarı ilə əlaqədar Vəkillər Kollegiyasından çıxarılıb. Məhkəmə həmçinin vəkilə qarşı Cinayət Məcəlləsinin 148-cı (təhqir) maddəsi ilə 148 saat ictimai iş üzrə hökm çıxarıb.

 

Əlayif Həsənov hesab edir ki, o, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa həbsxanada təzyiq faktlarını açıqladıqdan sonra cəzalandırılıb.

 

“Bundan məni vəkillikdən kənarlaşdırmaq üçün bir bəhanə kimi istifadə etdilər ki, siyasi motivlərlə təqib olunan vətəndaşları müdafiə edə bilməyim,” Həsənov qeyd edib.

 

Artıq 2018-2019-cu illərdə Avropa İnsan Hüquqları Məhkəməsi onun iki şikayəti – qanunsuz hökm və Kollegiyadan əsassız çıxarılması üzrə kommunikasiyanı başa çatdırıb.

 

Hüquqşünas indiki anda Şəki İnzibati Məhkəməsində baxılan şikayətindən danışarkən deyib ki, 2017, 2018 və 2019-cu illərdə yenidən vəkilliyinin bərpa olunması məqsədi ilə şifahi müsahibədən keçmək üçün Vəkillər Kollegiyasının ixtisas komissiyasına müraciət edib, lakin məhəl qoyulmayıb. Nəhayət, 2020-ci ildə Vəkillər Kollegiyasını məhkəməyə verərək, onun müraciətlərinə məhəl qoyulmamasının səbəbini izah etmələrini tələb edib. İxtisas komissiyası onu vəkilliyə yararsız hesab edib və bunun səbəbini açıqlamayıb.

 

Həsənovun dediyinə görə, Vəkillər Kollegiyasının sədri Youtube kanalında jurnalist Əvəz Zeynalova müsahibəsində bildirib ki, ixtisas komissiyası vəkilliyə namizədlərin hüquqi biliklərini qiymətləndirmir, yalnız onların “danışıq qabiliyyətini” yoxlayır.

 

“Mənim danışıq qabiliyyətim şübhə doğurmamalıdır, çünki əvvəllər vəkil işləmişəm və Youtube-da 1 milyonadək baxış toplayan çoxsaylı çıxışlarım var. Ancaq məhkəmə mənim bu vəsatətimi təmin etmədi,” o qeyd edib.

O, şikayəti təmin edilməsi müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

 

Amerikanın səsi