İranın nüvə obyektində qəza baş verib
İranın Natanz şəhərindəki bir nüvə müəssisəsində elektrik paylama şəbəkəsində qəza baş verib.
İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvandinin verdiyi məlumata görə, şualanma baş verməyib və əhaliyə ziyan dəyməyib, – deyə Vesti.ru bildirir.
İran prezidenti Həsən Ruhani, İranın nüvə proqramının dinc xarakter daşıdığını və mülki olduğunu söyləyib.
Basta