Luqanskda atışma: Ukrayna əsgəri həlak olub

Ukraynanın Müdafiə Nazirliyi bildirir ki, Luqanskda atəş nəticəsində bir ukraynalı hərbçi həlak olub, digəri yaralanıb. Yaralı əsgərin vəziyyəti orta  ağırdır.

 

Ukrayna Müdafiə Nazirliyinin hesabatında deyilir ki, 10 aprel tarixində təmas xətti boyunca doqquz dəfə atəş pozulub.

 

İnterfaks xəbər verir ki, Donetsk və Luqanskdakı separatçı rejimlər Ukrayna tərəfinin atəşkəsi səkkiz dəfə pozduğu haqda məlumat yayıblar.

 

Mart ayının sonundan bəri Rusiyanın Ukrayna ilə sərhəddə öz qoşunlarının konsentrasiyasını kəskin artırdığı barədə xəbərlər yayılıb. Rusiya Federasiyası Müdafiə Nazirliyi qoşunların burada yerləşdirilməsini təlimlər keçirməklə izah edib.

 

Basta