Bakıda orduya dəstək mitinqi belə dağıdıldı – Video

İyulun 14-dən 15-nə keçən gecə Bakıda cəbhəyə dəstək məksədilə keçirilən mitinq səhərə yaxın baş verən təxribat və bir qrup şəxsin Milli Məclisin binasına daxil olmasından sonra polis tərəfindən dağıdılıb.

Axşam saatlarından başlayan alsiyaya əvvəcə hər hansı müdaxilə olmayıb. Paytaxtın müxtəlif istiqamətlərindəndə küçələrə çıxan insanlar əvvəlcə Azadlıq Meydanına, oradan Prezident Aparatının qarşısına yürüş ediblər. Daha sonra Şəhidlər Xiyabanına doğru üz tutan yürüşçülər Milli Məclisin qarşısında mitinqə başlayıblar. Aksiyada hakimiyyət əleyhinə hər hansı bir siyasi şuar səsləndirilməyib. Gənclər daha çox “Şəhidlər ölməz, vətən bğlünməz” və “Ali baş komandan, silah ver bizə” şüarları səsləndirib. Bir qrup şəxsin “Allahu Əkbər” qışqırdığı müşahidə olunub.

.

.

Mitinqdə tribuna və mikrofonlar quraşdırılmayıb, mərkəzləşdirilmiş qaydada çıxışlar edilməyib – xaotik xarakter daşıyıb.

Gecə saatlarından başlayaraq, aksiyanın keçirildiyi yerə çox sayda polis və daxili qoşunlar səfərbər edilib.

Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aksiya iştirakçılarına müraciət edərək, mitinqi başa çatdırmağa çağırıblar. Lakin mitinq iştirakçıları buna məhəl qoymayıb.

Xırdalan və Sumqayıtdandan da bir qtup vətəndaş piyada yürüş edərək aksiyya qoşulublar.

Səhərə yaxın aksiyada təxribat baş verib. Milli Məclisin binası əvvəlcə təhlükəsizlik qüvvələrinin tam nəzarətində olsa da, sonra bir qrup şəxsin müəmmalı şəlikdə bu binaya daxil olublar.

Bundan sonra Milli Məclisin qarşısında bir Polis Patrul Xidmətinin maşını aşırılıb. Daha sonra polis su şırnaqlarından istifadə edərək aksiyanı dağıdıb.

.

Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüş-mitinq səhərə yaxın polis tərəfindən dağıdılıb.

.

Basta