Ukrayna ordusu bəzi istiqamətlərdə əks hücuma keçib

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Sumı vilayətində Rusiya sərhədçilərini dövlət sərhədinə qədər sıxışdıra biliblər.

 

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.

 

“Təcavüzkar terrorçu dövlət olan Rusiya ilə müharibənin yeddinci günündə 5-ci sərhəd dəstəsinin sərhədçiləri Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Sumı vilayətində Ukraynanın dövlət sərhədi xəttinə çatıblar”, – Danilov deyib.

 

Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin Volnovaxa yaxınlığında Rusiyanın SU-34 qırıcı-bombardmançı təyyarəsini vurduğu bildirilir.

 

Çerniqov vilayətinin müdafiəçiləri düşmən texnikasının böyük bir karvanını yandırıb. Daha bir rus karvanı Poltava vilayəti ilə sərhədə yaxın Sumı vilayətinin Moskovski Bobrik kəndində yanıb.

 

Ötən gecə paytaxt Kiyevə, bu gün səhər isə Xarkova bir neçə raket zərbəsi endirilib.

 

Cənub cəbhəsində Xerson və Primorsk şəhərlərinin Rusiya işğalçılarının nəzarətində olduğu deyilir.

 

Basta