Hindistanda son bir sutkada 401,000 yoluxma qeydə alınıb
Hindistanın səhiyyə nazirliyi şənbə günü bildirib ki, ölkədə son sutka ərazində COVID-19-a 401,000 yeni yoluxma, 4200 ölüm halı qeydə alınıb.
İctimai səhiyyə ekspertləri Hindistanda real göstəricilərin daha yüksək olduğuna və yoluxmaların may ayının sonunda pik həddə çatacağına inanır.
Hindistanın əsas müxalifət lideri Rahul Qandi cümə günü yazdığı məktubda baş nazir Narendra Modini ölkə boyu qapanma tətbiq etməyə, vaksinasiya kampaniyasını sürətləndirməyə və virusu və onun mutasiyalarını izləməyə çağırıb.
“Ölkəmizdə virusun idarəolunmaz şəkildə yayılmasına icazə vermək təkcə xalqımız üçün deyil, bütün dünya üçün faciəvi olacaq,” Qandi deyib.
Britaniya Hindistandakı COVID ştammının “narahatlıq doğurduğunu” bildirib.
Xəbərlərdə yer alan məlumatlara görə, papa Fransis vaksin patenlərinin müvəqqəti dayandırılmasını dəstəklədiyini deyib. O əlavə edib ki, vaksin məsələsində bazar gücləri üstünlük təşkil etməməlidirlər.
Ümumdenya Səhiyyə Təşkilatı cümə günü Çində istehsal olunan vaksini fövqəladə istifadə üçün təasiqləyib.
Çinin dövlətə məxsus dərman istehsalçısı Sinopharmın hazırladığı vaksin ÜST tərəfindən təsdiq olunan Qərb ölkəsi tərəfindən istehsal edilməyən ilk vaksindir.
Bu həmçinin ilk dəfədir ki, ÜST hər hansı bir yoluxucu xəstəlik üçün Çin tərəfindən hazırlanan peyvəndin təcili istifadəsi üçün təsdiq verib.
Sinopharm Çində hazırlanan və dünyada yüz milyonlarla insana artıq tətbiq olunan iki COVID-19 peyvəndindən biridir.
ÜST-nın bu qərarı Sinopharm peyvəndinin vaksin tədarükü problemi ilə üzləşən və yoxsul ölkələrə peyvənd təmin etmək üçün qlobal proqram olan COVAX-a daxil olmasına imkan verir.
Ümumdünya Səhiyyə Təşkilatı Çinin ikinci peyvəndi, Sinovac Biotech-in istehsal etdiyi vaksinlə bağlı gələn həftə qərar verə bilər.
Vaşinqtonda Ağ Evin COVID-19-a qarşı mübarizə komandası cümə günü bildirib ki, onları diqqətini ABŞ Prezidenti Co Baydenin iyulun 4-dək 160 milyon insanı tam peyvəndləmək məqsədini yerinə yetirməyə yönəldib. Ölkədə koronavirusa yoluxanların, xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayı azalmağa davam edir.
Ağ Evin COVID-19-a qarşı mübarizə komandasının koordinatoru Ceff Zients mətbuat brifinqi zamanı deyib ki, günün sonuna qədər 110 milyon amerikalıya tam şəkildə peyvənd vurulub, 150 milyon insana, yəni əhalinin 57 faizinə isə azı bir doza tətbiq olunub.
Zients deyib ki, Baydenin məqsədinə çatmaq üçün hökumət ölkə boyu 20,000 aptekdə insanlara qeydiyyatdan keçmədən peyvənd olmalarını təmin edəcək. Federal Fövqəladə Vəziyyətin İdarəsi Agetnliyi də həmçinin peyvəndləri ölkə boyu vaksinlərin çox olduğu yerlərdən tələbatın yüksək olduğu daha kiçik icmalara göndərəcək.
Cons Hopkins Koonavirus Resurs Mərkəzinin məlumatına görə, COVID-19 pandemiyası indiyədək dünya boyu 3.2 milyon insanın ölümü ilə nəticələnib. ABŞ 581,000 ölüm halı ilə birinci yerdədir. Braizliya 419,000 ölüm halı ilə ikinci, Hindistan isə 238,000-dən çox ölüm halı ilə üçüncü yerdə gəlir.
Amerikanın səsi