Gədəbəy sakinləri minaya düşüb
Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri – 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazov ağır, Səddam Nəsibov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.