Ramazan ayı başa çatır
Bu gün, mayın 12-si Ramazan ayının sonuncu 29-cu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır. Həmin gün ölkənin məscidlərində bayram namazları qılınacaq.
Bu gün həm də axşam namazından sonra fitrə zəkatların ehtiyacı olanlara ayrılması və çatdırılması günüdür.
QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına ortalama 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprlein 14-dən başlamışdı.