ABŞ öz vətəndaşlarını Azərbaycan və Ermənistana səfərlərdən vaz keçməyə çağırdı

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ermənistan və Qarabağa səyahət etməkdən çəkinməyə, həmçinin Azərbaycanla sərhəd yaxınlığında olan yollarda diqqətli olmağa çağırıb. Müvafiq xəbərdarlıq Dövlət Departamentinin saytında yerləşdirilib.

 

Dövlət Departamenti koronavirus pandemiyası ilə bağlı Ermənistan üçün dördüncü dərəcəli  təhlükə səviyyəsinin təyin edildiyini bildirib. Həmçinin  son hərbi əməliyyatlar  səbəbindən Dağlıq Qarabağa və bitişik ərazilərə getməməyə çağırış əks olunub.  Burada hərbi əməliyatlar bitdikdən sonra da  itkilər olduğunu bildirilib.

 

Xəbərdarlıqda qeyd edilir ki, ABŞ hökuməti “məhdud giriş səbəbi ilə Dağlıq Qarabağda və ətrafdakı ərazilərdə Amerika vətəndaşlarına təcili yardım xidmətləri göstərə bilmir”.

 

Xəbərdarlıqda səlahiyyətli şəxslərə Ermənistan-Azərbaycan sərhədindəki magistral yollarda ehtiyatlı olmaq tövsiyə edilir: “Yolun bəzi hissələri əvvəlcədən xəbərdarlıq edilmədən beynəlxalq sərhədləri keçə bilər. Yollar əvvəlcədən xəbərdarlıq edilmədən səyahətçilər üçün bağlana bilər”.

 

Dövlət Departamentinin saytında Azərbaycana səfərlərlə də əlaqədar xəbərdarlıq yer alıb. Bu xəbərdarlıqda biraz fərqli ifadələrlə yer alıb, həmçinin İranla sərhəd bölgəsinin amerikalılar üçün təhlükəli ola biləcəyi qeyd olunub. Bu xəbərdarlıqda da, koronavirusa yoluxma riskinin yüksək olmasına (dördüncü təhlükə səviyyəsi) diqqət çəkilib. Əlavə olaraq burada terror təhlükəsi barədə xəbərdarlıq edilib.

 

“Azərbaycan terror hücumlarının hədəfi ola bilər, Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin. Terrorçular xəbərdarlıq etmədən hücum edə bilərlər.  Xəbrdarlıqda turizm bölgələri, nəqliyyat mərkəzləri, bazarlar / ticarət mərkəzləri, yerli hökumət müəssisələri, otellər, klublar, restoranlar, dini məkanlar, parklar, böyük idman və mədəni tədbirlər, təhsil müəssisələri, hava limanları və s. ictimai yerlərin   hücuma məruz qalma riski olduğu qeyd edilir.

 

Xatırladaq ki, oxşar xəbərdarlıqlar Qarabağda 44 günlük müharibənin başlamasına iki gün qalmış – 2020-ci il sentyabrın 25-də ABŞ-ın Azərbaycan və Ermənistan səfirliklərinin saytlarında yer almışdı.

 

Basta