Azərbaycan sərhədçiləri təxribat törətmək istəyən erməni hərbçiləri cəzalandırdı – VİDEO

Azərbaycan Ordusu sərhədi pozmağa və təxribat törətməyə cəhd edən erməni hərbçiləri cəzalandırıb.

 

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

 

Kadrlardan görünür ki, sərhədi keçməyə cəhd edən bir qrup erməni hərbçi Azərbaycan hərbçiləri tərəfindən ərazidən qovulur.

 

Kadrlarda ermənilərin qorxduğu aşkar görünür və onlar Azərbaycan hərbçilərinin əmrlərini müticəsinə yerinə yetirirlər.

 

“Sputnik Ermənistan”-in verdiyi məlumata görə, hadisə mayın 17-də Azərbaycan-Ermənistan sərhəddində baş verib. Hadisə ilə bağlı Ermənistan hərbi prokurorluğunda cinayət işi açılıb.