Paşinyan İlham Əliyevə müraciət etdi: “Oğlumu verirəm, əsirləri qaytarın”
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanın ona ünvananlanan açıqlamasına cavab olaraq, Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət edib. O, Azərbaycanda həbsdə olan bütün ermənilərin azad olunması müqabilində öz oğlunu Azərbaycana verilməsini təklif edib.
Bundan əvvəl Ermənistanın eks-prezidenti Serj Sarkisyan Nikaol Paşinyanı erməni əsirlərlə bağlı bəyanatına görə tənqid edərək, baş nazirə oğlunu Azərbaycanda saxlanılan 20-25 əsgər əvəzində əsir verməyi təklif etmişdi.
Paşinyanın cavabı daha sərt olub:
“Uzun illər rəsmi bir dəllal və insan alveri mütəxəssisi olan sizlərə dyirəm – razıyam. Və rəsmi olaraq Əliyevə müraciət edirəm – bütün məhbusların əvəzinə oğlumu təklif edirəm. Rəsmi danışıram. Serjik (Serj Sarkisyan) və Robik (Robert Köçəryan, red.), insan alveri mütəxəssisi olduqları üçün, onlara bu mövzuda danışıqlar aparmaq üçün səlahiyyət verirəm, bunun üçün bir neçə min dollar qazanarsızsa, bu sizin büdcə kəsirlərinizi bağlayacaq”.
Paşinyan bu çağırışının duyğusal deyil, rəsmi olduğunu vurğulayıb və rəsmi cavab gözlədiyini əlavə edib.
Siyasi ekspertlər bu açıqlamaları Ermənistanda iyunun 20-nə təyin olunan növbədənkənar parlament seçkiləri ilə əlaqələndirir.
Mustafa Hacıbəyli
Basta