Lavrovun Bakıda səfər planı AÇIQLANDI

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri zamanı ölkə başçısı İlham Əliyevlə görüşəcək.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, – deyə məlumatda qeyd edilir.

 

Sergey Lavrov 1950-ci ildə Tbilisidə Kalantarov soyadlı erməni ailəsində doğulub. Ailə dağıldıqdan sonra anası Kaleriya Lavrovanın soyadını götürüb. 17 fevral 2005-ci ildə İrəvan Slavyan Universitetində olarkən tələbələr Lavrova “erməni mənşəli olmağınız sizə mane olmur ki” sualını veriblər. Lavrov cavabında  erməni olduğunu etiraf edib: ‘Mən Tiflis kökənliyəm, çünki atam oradandır, mənim erməni qanım var, başqası yoxdur. Bu qan məni heç bir şəkildə narahat etmir”.