Abbas Lisaninin aclıq aksiyasına daha üç məhbus qoşuldu
Tehranın Evin həbsxanasında saxlanılan daha 3 Güney azərbaycanlı siyasi məhbus – Siyamək Mirzayi, Kiyanuş Aslani və Behnam Şeyxi iyunun 13-ü axıam saatlarında ailələri ilə telefon əlaqəsi zamanı Ərdəbil həbsxanasında mədəni itaətsizliyə başlayan 5 türk siyasi məhbusa dəstək üçün iyunun 14-ü səhər saatlarından aclıq aksiyasına başlayacaqlarını elan ediblər.
Bununlada Abbas Lisaninin başlatdığı aksiyaya qoşulanların sayı 8-ə çatıb.
İyunun 12-dən acllıq aksiyasına başlayan Abbas Lisani və Yusif Kari iyunun 13-ü səhər saatlarından quru aclıq aksiyasına əl atıblar.
Onlara dəstək üçün iyunun 13-ü Ərdəbil həbsxanasında saxlanılan daha üç Güney azərbaycanlı siyasi məhbus, Mehrdad Şeyxi, Əli Vasiqi və Rza Vasiqi aclıq aksiyasına qoşulub.
Hər 5 siyasi məhbus iyunun 13-ü, günortadan sonra həbsxananın karantin bölməsinə köçürülüblər. Fəalların ağır şərayiti və havasızlığı ilə ad çıxaran karantin bölməsinə köçürülmələri onların sağlamlıq durumları ilə bağlı nigəranlıqları dahada artırıb.
Xüsusilə müxtəlif xəstəliklərdən əziyyət çəkən Abbas Lisaninin karantin bölməsinə salınması, psixi işkəncə ilə yanaşı ona qarşı fiziki işkəncə kimi qəbul edilə bilər.
Gunaz TV