Müsavat başqanının müavini ABŞ diplomatı ilə görüşdü
İyunun 17-də Müsavat başqanın müavini Nemət Kərimli ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Con Husey ilə görüşüb.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Müsavat Partiyasının fəaliyyəti, ölkədəki ictimai siyasi durum, insan haqlarının durumu və vəkillik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanda siyasi məhbuslar, eləcə də məcburi müalicəyə göndərilən Müsavat fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun işi müzakirə edilib.
Basta