Şuşa dövlət qoruğu elan edilib
Dövlət başçısı İlham Əliyev Şuşa şəhərinin dövlət qoruğu elan edilməsi haqda fərman imzalayıb.
Qoruğun nizamnamə fondu 1 milyon manat təşkil edəcək və dövlət büdcəsi hesabına formalaşır.
Qoruğun İdarə Heyəti prezidentin Şuşa üzrə xüsusi səlahiyyətli nümayəndəsinin təqdimatı əsasında dövlət başçısı tərəfindən təyin ediləcək 3 nəfərdən ibarət olacaq.
İdarə Heyəti şəhərin tarixi və memarlıq abidələrinin qorunması və istifadəsinə məsuliyyət daşıyacaq.