Rusiyalı turistlərin Antalyaya axını başladı
Rusiya ilə Türkiyə arasındakı uçuşlarda məhdudiyyətlər götürülüb. Rusiyalı turistləri daşıyan ilk təyyarə Antalyaya enib. Bu barədə 22 iyun tarixində Antalya hava limanından məlumat verilib.
Antalya Şəhər Şurasının turizm üzrə işçi qrupunun rəhbəri Rəcəb Yavuz jurnalistlərə açıqlamasında iyunun 22-də 10 min rus turistin Antalyaya gəldiyini təsdiqləyib. Yavuz növbəti günlərdə bu rəqəmin gündə 25 min nəfərə yüksələcəyini bildirib.
Qeyd edək ki, Rusiya Türkiyədə koronavirusun yayılmasını əsas gətirərək, təyyarələrin bu ölkəyə uçuşunu məhdudlaşdırmışdı. Ekspertlər bu addımın siyasi səciyyə daşıdığını, Türkiyə ilə Ukraynanın əməkdaşlığının genişlənməsinə cavab olaraq atıldığını bildirirdi.
Basta