Belarusa qarşı ağır sanksiyalar
Avropa Birliyi cümə axşamı günü Belarusa qarşı yeni iqtisadi sanksiyalar elan edib.
“Belarusda artan ciddi insan haqları pozuntularına, vətəndaş cəmiyyətinə, demokratik müxalifətə və jurnalistlərə qarşı amansız repressiyalara, Ryanair təyyarəsinin 23 may 2021-ci ildə Minskə məcburi endirilməsi və jurnalist Roman Protaseviçin tutulmasına cavab olaraq, Belarus rejiminə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edilib” – deyə, Avropa Birliyinin rəsmi açıqlamasında bildirilir.
AB Belarusdan kalium gübrələrinin, neft məhsullarının və “tütün məhsullarının istehsalında istifadə olunan malların” alınmasına embarqo qoyub.
Bu sanksiyaların tətbiqi barədə AB xarici işlər nazirlərinin ötən həftə keçirilən toplantısında razılığa gəlinmişdi. Belarusun Xarici İşlər Nazirliyi bu qərarı ölkəyə qarşı iqtisadi müharibə kimi qiymətləndirib.
Basta